Qvardiolaya əvəzləyici
“Mançester Siti” baş məşqçisi Pep Qvardiolanı əvəzləyəcək mütəxəssis axtarışındadır. İngiltərə klubu ispaniyalı çalışdırıcının yerinə iki namizəd müəyyənləşdirib.
Bunlar “Bayer”in baş məşqçisi Xabi Alonso və “Sportinq”in çalışdırıcısı Ruben Amorimdir. Qvardiolanın mövsümün sonunda postundan ayrılması ehtimal edilir. 53 yaşlı mütəxəssis klub rəhbərliyinə yekun qərarını deməyib. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.