Qvardiolanın Gündoğan planı

Qvardiolanın Gündoğan planı

Pep Qvardiola İlkay Gündoğanın “Mançester Siti”də qalmasını istəyir. İspaniyalı mütəxəssis bunu FA kubokundakı qələbədən sonra dilə gətirib.

“Mançester Yunayted”ə 2:1 hesabı ilə qalib gələn “şəhərlilər”in hər iki qolunun müəllifi məhz Gündoğan olub. Qvardiola klub rəhbərliyinin yeni müqavilə üzərində işlədiyini qeyd edib: “Biz İlkayla qonşuyuq. O, uzun illərdir ən yaxın dostumdur. Gündoğan düşüncələrimi əla anlayır. Direktor Begiristayn yeni müqavilə üzərində işləyir. İlkay əla mövsüm keçirir”.

ETOPAZ

Əvvəlki yazı

Mançini “Napoli”nin hədəfində

Növbəti yazı

“Tottenhem” “Real”dan 200 milyon istəyir