Qvardioladan vida qərarı
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola məşqçilik karyerasını bitirə bilər. Bunu ispaniyalı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, 2024-cü ilin yayında fəaliyyətini başa vurması mümkündür. 52 yaşlı çalışdırıcı futbola vidanın hansı şərtlərdə reallaşacağını da qeyd edib: “Əgər bu mövsüm “trebl”ə imza atsaq, təqaüdə çıxacam. Bu qərarım qətidir. Bilirəm ki, belə addım atmaq çətindir. İngiltərədə möhtəşəm komandalar çox olub. Lakin yalnız Aleks Ferqyusonun rəhbərlik etdiyi komanda və biz bunu bacarmışıq”.
Qeyd edək ki, ötən mövsüm Premyer Liqa, İngiltərə kuboku və Çempionlar Liqasının qazanan “Mançester Siti” “trebl”ə imza atıb. “Şəhərlilər” İngiltərədə “Mançester Yunayted”dən sonra bunu bacaran ikinci komanda olub. 2008/09 mövsümündə “Barselona” ilə çempionluq, kubok və Çempionlar Liqası qazanan Qvardiola isə tarixə iki “trebl”ə imza atan ilk baş məşqçi kimi düşüb.