Qvardioladan böyük üstünlük

Qvardioladan böyük üstünlük

Futbolçu transferlərinə ən çox pul xərclədən baş məşqçilərin siyahısı açıqlanıb. Cədvələ Pep Qvardiola başçılıq edir.

“Mançester Siti”nin çalışdırıcısı karyerası ərzində 5 kluba rəhbərlik edib. 52 yaşlı ispaniyalının istəyi ilə 78 futbolçuya 2 milyard 40 milyon avro xərclənib. 

Onu Joze Mourinyo izləyir. Portuqaliyalı çalışdırıcı rəhbərlik etdiyi 10 klubda 118 futbolçu alıb. Klub rəhbərləri buna görə 1 milyard 860 milyon avro ödəyib.

“Üçlüy”ü Karlo Ançelotti qapayır. 11 klubun “sükanı arxasında” olan italiyalı 95 futbolçuya 1 milyard 620 milyon avro xərclədib. 

Növbəti pillələrdə Massimiliano Alleqri (9 klub, 113 futbolçu, 1 milyard 400 milyon avro) və Dieqo Simeone (7 klub, 82 futbolçu, 1 milyard 210 milyon avro) qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Millinin kapitanı zədələndi

Növbəti yazı

İngiltərə 600-ə çatdı