Qvardiola müqaviləsini uzadacaq
Pep Qvardiola “Mançester Siti” ilə müqaviləsini uzatmağı planlaşdırır. 51 yaşlı ispaniyalı mütəxəssisin yeni anlaşması 2025-ci ilin yayına qədər olacaq.
Qvardiola mançesterlilərlə Çempionlar Liqasını qazansa belə, missiyasını bitmiş saymayacaq və işinə davam edəcək. O, qurduğu komandanın hələ zirvə nöqtəsinə çatmadığı qənaətində olduğundan qalmağa üstünlük verib.
Qeyd edək ki, 2016-cı ildən “şəhərlilər”i çalışdıran ispaniyalı üç dəfə İngiltərə çempionu olub.