Qvardiola Avropada rekordçudur
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola növbəti çempionluğunu qazanıb.. O, Premyer Liqanın qalibi olmaqla unikal statistik nailiyyətə imza atıb.
51 yaşlı mütəxəssis baş məşqçi kimi çalışdığı 2008/09 mövsümündən bəri Avropanın “böyük beşlik” ölkələrində ən çox çempionluq əldə edib. İspaniyalının aktivində 10 çempionluq var. Qvardiola qazandığı ümumi kubokların sayına görə isə dünyanın üçüncü məşqçisidir. O, karyerasının 13 ilində 32 titul qazanıb. Qvardiolanı kubok sayına görə cəmi iki məşqçi qabaqlayır – hazırda Kiyev “Dinamo”suna başçılıq edən Mirça Luçesku (40 ildə 34 titul) və “Mançester Yunayted”in əfsanəvi çalışdırıcısı ser Aleks Ferqyuson (39 ildə 49 titul).
Qeyd edək ki, Pep Qvardiola “Barselona” və “Bavariya” ilə 3, “Mançester Siti” ilə 4 çempionluq qazanıb.