Qvardiola “10”a çatdı

Qvardiola “10”a çatdı

Pep Qvardiola baş məşqçi kimi 10-cu dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib. Bu, turnirin yeni rekordudur.

Onun ən yaxın izləyicisi Madrid “Real”ının baş məşqçisi Karlo Ançelottidir. İtalyan məşqçi 9 dəfə Avropa bir nömrəli klub turnirinin yarımfinalını məşqçi kimi görüb.

Həmçinin, “Mançester Siti” ardıcıl 3-cü il Çempionlar Liqasının yarımfinalına yüksəlib. Bundan əvvəl İngiltərə klubları arasında bunu etməyi yalnız “Çelsi” və “Mançester Yunayted” bacarmışdı.

ETOPAZ

Əvvəlki yazı

“Mançester Siti” 3-cü oldu

Növbəti yazı

“Miluoki”dən yeni rekord