Qvardiola “1000”ə çatdı
Xosep Qvardiola daha bir nailiyyətə imza atıb. O, “Mançester Siti”də yubiley oyununu keçirib.
Mütəxəssis “şəhərlilər”i 500-cü dəfə meydana çıxarıb. Komanda “Lester”i məğlub edib – 2:0.
“Mançester Siti” Qvardiolanın rəhbərliyi altında 355 qələbə qazanıb, 1213 qol vurub və 429 top buraxıb.
Qeyd edək ki, ispaniyalı komandaya 18 titul qazandırıb.