Qvardiol üçün rekord məbləğ
“Mançester Siti” müdafiə xəttini gücləndirmək niyyətindədir. Klub “Leypsiq”in futbolçusu Coşko Qvardiol üçün təklif göndərib.
Tərəflər bir neçə gündür ki, transferin məbləği ilə bağlı danışıqlar aparır. Hazırda “şəhərlilər” 21 yaşlı xorvatiyalı üçün 90 milyon avro + bonuslar ödəməyə hazırdır.
Almaniyalılar bu təklifi qəbul etsə, Qvardiol dünyanın ən bahalı müdafiəçisi olacaq. Hazırda rekord “Mançester Yunayted”in “Lester”ə 87 milyon avro ödədiyi Harri Maquayrdır.