Qurbanov “Lex”lə oyundan danışdı

Qurbanov “Lex”lə oyundan danışdı

Azərbaycan çempionu “Qarabağ” sabah Polşa “Lex”i ilə qarşılaşacaq. Çempionlar Liqasının I təsnifat mərhələsinin Bakıdakı cavab oyunu öncəsi baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

50 yaşlı mütəxəssis sabahkı oyun barədə danışıb:

“Artıq ilk turdaca layiqli rəqib düşdü. Birinci görüşdə də onların gücünü hiss etdik. Hələ matçdan əvvəl də demişdim ki, yaxşı komandaya qarşı oynayırıq. Eyni sözləri təkrarlayıram. Uduzmağımıza baxmayaraq, inamımız çoxdur. Rəqibi daha yaxından tanımağa çalışdıq. Qərara gəldik ki, meydanda daha diqqətli olmalı, tez düşünməliyik. Rəqib istənilən dəqiqədə qol vurmağa qadirdir. Çox yaxşı müdafiə olunan, əks-hücuma keçən, topla yaxşı davranan komandaya qarşı oynayacağıq. İstənilən halda, futbolçularıma inanıram. Çalışacağıq ki, azarkeşlərimizi qələbə ilə sevindirək”.

ETOPAZ

Əvvəlki yazı

Şventek zirvədə qaldı, Jaber gerilədi

Növbəti yazı

Vidala vida