Qurban Qurbanovun mətbuat konfransının vaxtı bəlli oldu
UEFA Çempionlar Liqasının 7-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayntraxt” (Frankfurt, Almaniya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı yanvarın 20-də saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə “Azersun Arena”da media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayntraxt” görüşü saat 21:45-də başlayacaq.












