Qurban Qurbanovdan feyr-pley nümunəsi

Qurban Qurbanovdan feyr-pley nümunəsi

Konfrans Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Marsel” (0:3) oyununda təmsilçimizin qolu ləğv edilib.

34-cü dəqiqədə İbrahima Vadji qonaqların qapısına yol tapıb. O, cinah ötürməsini qapayarkən topa başla deyil, Dieqo Maradona kimi əllə toxunub. Baş hakim qolu qeydə alsa da, qonaqların ciddi etirazları insidentlə nəticələnib.

Fransalıların yarımmüdafiəçisi Matteo Qenduzi buna narazılığını sərt şəkildə bildirib. Əvvəlcə referiyə əl işarəsi göstərən Qenduzi onun mərkəzi göstərməsini görüncə, qolun müəllifi Vadjinin üzərinə şığıyıb. Araya digər futbolçuların da girməsi gərginliyi daha da artırıb.

Baş hakim İbrahima Vadjini yanına çağıraraq ondan topa necə toxunmasını soruşmaq istəyib. Hücumçu baş məşqçisi Qurban Qurbanovun istəyi ilə onun yanına gedib. Kapitan Maksim Medvedev, hücumçu və mütəxəssisin məsləhətləşmələrindən sonra forvard topu əllə vurmasını etiraf edib. Bu üzdən hakim qolun ləğv olunmasına qərar verib.

 

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” mübarizəni dayandırdı

Növbəti yazı

Mahir Emreli növbəti oyununu keçirdi