Qurban Qurbanov: “Yaxşı nəticə əldə etmək istəyirik”
UEFA Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Molde” (Norveç) oyunundan əvvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olunub. 51 yaşlı mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Sabah ciddi bir rəqibə qarşı oynayacağıq. Çalışacağıq ki, işimizə məsuliyyətlə yanaşaq. Yaxşı nəticə üçün futbolçular meydanda hər şeyi edəcək. Yaxşı nəticə əldə edə bilərik. “Molde” ilə görüşə qisas fikri ilə yanaşsaq, oyunumuza təsir edə, bizə mane ola bilər. Bu gün kimliyindən asılı olmayaraq istənilən rəqiblə matçda şansdan istifadə etmək istəyirik. Məqsədimiz əvvəl qrupa düşmək idi, bunu bacardıq. Qarşıdakı matçlarda inamlı oyun göstərmək istəyirik. Qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyacağıq. Yaxşı oyun və yaxşı nəticə əldə etmək istəyirik”.