Qurban Qurbanov: “Vacib qələbə əldə etmək istəyirik”

Qurban Qurbanov: “Vacib qələbə əldə etmək istəyirik”

UEFA Avropa Liqasının VII turunda “Qarabağ” növbəti matçına çıxacaq. Komanda FKSB-ni qəbul edəcək.

Matçdan öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“İlin ilk Avroliqa oyunudur. Bu oyuna tam hazır olmaq bizim üçün çox vacibdir. Pis hazırlaşmamışıq. Bəzi problemlərimiz var. Yaxşı komandaya qarşı oynadığımızı bilirik. FKSB çox yaxşı nəticələr göstərmiş komandadır. Rumıniya futbolu həmişə öz ciddiliyi, sərt oyunu ilə seçilib. Sabah vacib mübarizəyə hazır olmalıyıq. Hazırıq da. Vacib qələbə əldə etmək istəyirik”.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan mövqeyini qorudu

Növbəti yazı

Elvin Cəfərquliyev: “Azarkeşlərimizi sevindirmək istəyirik”