Qurban Qurbanov: “Uğurlu nəticə əldə etməyə çalışacağıq”

Qurban Qurbanov: “Uğurlu nəticə əldə etməyə çalışacağıq”

Sabah Avropa Liqasında Liqa mərhələsinin II turunun matçları keçiriləcək. “Qarabağ” “Malmö”nü qonaq edəcək.

Oyundan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Sabah vacib oyuna çıxacağıq. Doğma meydançamızda, azarkeşlərimiz önündə ilk matçımız olacaq. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis keçmir. Düzdür, bəzi problemlərimiz var. Ancaq yenə də yaxşı oyunla uğurlu nəticə əldə etməyə çalışacağıq.

Mateus Silva yəqin ki, bir neçə matçda bizimlə olmayacaq. Marko Yankoviçin isə ümumi durumu pis deyil. Amma onunla bağlı hələ qərar verməmişik”.

ETOPAZ

Əvvəlki yazı

Alleqri “Mançester Yunayted” yolunda

Növbəti yazı

Olavio Juninyo: “Əlimizdən gələni edəcəyik”