Qurban Qurbanov: “Son illər ən diqqətli olmağımız gərəkən oyundur”

Qurban Qurbanov: “Son illər ən diqqətli olmağımız gərəkən oyundur”

Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək. Təmsilçimiz “Qarabağ” da növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi Bakıda “Sürix”i qəbul edəcək. Matçdan öncə “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib:

“Rəqibin son oyunlarını təhlil etmişik. Onların son matçdakı hesabı aldadıcı ola bilər. Fərqli sistemdə çıxış edirlər. Son illər ən diqqətli olmağımız gərəkən oyundur. Rəqibi yaxından tanımırıq. Oyunun gedişində tanıya biləcəyik. Adətən ilk görüşdən sonra rəqibi daha yaxından tanımaq olur. Sona 4 tur qalmış İsveçrə çempionu olan komandadır. Bu da “Sürix”in gücündən xəbər verir. Hücumda oynamaq öz yerində, amma müdafiədə də həddən artıq diqqətli olmalıyıq. Meydanda öz oyunumuzu düşünməklə yanaşı, rəqibin də əks-hücumlarına hazırlıqlı olmalıyıq”.

ETOPAZ

Əvvəlki yazı

“Milan” İbrahimoviçlə müqaviləni yenilədi

Növbəti yazı

“Yuventus”un Torres planı