Qurban Qurbanov: “Son dəqiqələrə kimi çox gərgin oyun oldu”
Avropa Liqasının qrup mərhələsinin 4-cü turuna start verilib. “Qarabağ” “Olimpiakos”u qəbul edib.
Matçda hesab açılmayıb – 0:0. Görüşdən sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. O, oyun barədə fikirlərini bölüşüb:
“Qalib gəlməyi çox istəyirdik. Son dəqiqələrə kimi çox gərgin matç oldu. Rəqib də həddən artıq istəkli idi. Oyundan razı qaldım. Minimum uduzmamaq yaxşı nəticə oldu. Bu görüşə görə ümumi narahatlığım var idi. Futbolçularımda yorğunluq görünürdü. Amma sağ olsunlar, sona kimi çox yaxşı mübarizə apardılar, oyun intizamını qorudular. Futbolçularımı təbrik edirəm, “Olimpiakos”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.