Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif edildi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şöhrət” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 50 yaşlı mütəxəssis Azərbaycan futbolunun inkişafında xidmətlərinə görə bu adla təltif olunub.
Qeyd edək ki, bu gün 50 yaşını qeyd edən mütəxəssis 2008-ci ilin yayından “Qarabağ”ın baş məşqçisidir.