Qurban Qurbanov: “Sabah uğurlu nəticə qazanmağa çalışacağıq”
Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək. “Qarabağ” “Bayer”in qonağı olacaq.
Matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bizim üçün çox vacib oyundur. Son vaxtların ən yaxşı komandalarından biri ilə qarşılaşacağıq. Cavab oyununda daha da diqqətli olmalıyıq. Bu stadionda yenidən oynamaq xoşdur. Bütün fikrimizi bu görüşə yönəltmişik. Çox keyfiyyətli komanda ilə oynayacağıq. Sabah uğurlu nəticə qazanmağa çalışacağıq. 90 dəqiqə çox diqqətli olmalıyıq. Onun əsas heyətdə olub-olmayacağı bilinmir. Qarşıda bir məşqimiz var. Onu kimin əvəzləyəcəyini düşünməməliyik. Yetərincə futbolçumuz var. İstənilən oyunçudan yararlana bilərik. Çox sıx qrafikdə oynayırıq. “Bayer”in son matçlarına baxsaq, onlar da çox vacib və sıx qrafikdə olublar. Onların hazırlıq planı daha yaxşıdır. Futbolçularıma əlavə vaxt və penaltilər barəsində heç nə deməmişəm. Ümumilikdə buna uyğun məşq planımız olub. Biz 90 dəqiqəyə motivasiya olaraq meydana çıxırıq. Hər iki tərəf üçün 90 dəqiqədə qalib gəlmək yaxşıdır. Futbolçuları nəzərə almaq lazımdır”.