Qurban Qurbanov: “Səliqəli oynamaq çox vacibdir”
Avropa Liqasının VI turu davam edir. Sabah “Elfsborq” “Qarabağ”la qarşılaşacaq.
Matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Hər iki komanda üçün vacib oyundur. Aramızda xal fərqi azdır. Rəqibin baş məşqçisinin açıqlamalarını oxumuşam. Hiss olunur ki, çox ciddi hazırlaşırlar və səbrsizliklə bu oyunu gözləyirlər. Sabah bizə daha çox güc sərf etmək lazım olacaq. Səliqəli oynamaq çox vacibdir. Çalışacağıq ki, meydanı sərfəli nəticə ilə tərk edək. Sabahkı matça tam olmasa da, hazırıq”.