Qurban Qurbanov: “Rəqibin heyətində bacarıqlı futbolçular var”

Qurban Qurbanov: “Rəqibin heyətində bacarıqlı futbolçular var”

Sabah Avropa Liqasında 5-ci tura start veriləcək. G qrupunda yer alan “Qarabağ” “Nant”la qarşılaşacaq.

Fransada keçiriləcək matçdan öncə təmsilçimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Mütəxəssisin fikirlərini diqqətinizə çatdırırıq:

“Hər sistemin öz çətinlikləri var. Rəqib keyfiyyətli komandadır. Öz meydanında daha yaxşı oynayır. Əlimizə düşən hər imkandan maksimum istifadə etməyə çalışacağıq. Rəqibə böyük hörmətlə yanaşırıq. Bakıdakı matçda qol epizodları oldu. Hətta hesab 0:0 olarkən üstünlük onların tərəfində idi. Rəqibin heyətində bacarıqlı futbolçular var. Sadəcə, hər komandanın uğursuz seriyası olur. Son vaxtlar “Nant”ın oyununda irəliləyiş var”.

ETOPAZ

Əvvəlki yazı

“Barselona” heyətini genişləndirməyi düşünür

Növbəti yazı

Riçard Almeyda: “Öz oyunumuza fokuslanmışıq”