Qurban Qurbanov: “Oyuna diqqət çoxdur”
UEFA Çempionlar Liqasının II turunda “Qarabağ” “Kopenhagen”i qəbul edəcək.
Matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib:
“Sevindirici haldır ki, böyük turnirin, böyük futbolun Bakıda ilk oyunu keçiriləcək. Həm sevincliyik, həm də çox həyəcanlı, məsuliyyətliyik. İlk oyunda bilirik ki, diqqət çoxdur. Azərbaycanın hər bölgəsində bu oyuna maraq çoxdur. Matça bacardığımız qədər hazırlaşdıq. Vaxtımız az idi. Bu gün imkanımız olacaq ki, hazırlaşaq. Yaxşı və ciddi komandaya qarşı oynayırıq. İnanıram ki, futbolçular öz qabiliyyətləri və bacarıqları ilə yaxşı mübarizə aparacaqlar, azarkeşlərimizi sevindirməyə çalışacaqlar”.












