Qurban Qurbanov: “Nəticə əldə etməyə çalışacağıq”

Qurban Qurbanov: “Nəticə əldə etməyə çalışacağıq”

“Qarabağ” Avropa Liqası Liqa mərhələsinin 8-ci turunun matçına çıxacaq. Komanda sabah Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

Matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Son matçımızdır. Çox ciddi rəqibə qarşı oynayacağıq. “Olimpiakos” Avropa Liqasının qalibi olmağa iddialıdır. Ötən mövsüm Konfrans Liqasının qalibi olublar. Bu il də istəkləri, hədəfləri böyükdür. Rəqibdə sürət, dinamika var. Yaxşı oyun göstərib yaxşı nəticə əldə etməyə çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

Azərbaycan mövqeyini qorudu

Növbəti yazı

Çempionlar Liqasında rekord