Qurban Qurbanov: “Müdafiədən oynamaq istəmirdik”

Qurban Qurbanov: “Müdafiədən oynamaq istəmirdik”

Avropa Liqasında 3-cü turun oyunları keçirilib. “Qarabağ” “Bayer”ə uduzub – 1:5.

Matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Çox yaxşı komandaya məğlub olduq. Rəqib öz oyunu ilə bir daha göstərdi ki, həm Bundesliqada, həm Avropa Liqasının qrupunda liderdir. Rəqibi təbrik edirəm. Futbolçularım çox əziyyət çəkdilər. Müdafiədən oynamaq istəmirdik. Təbii ki, boşluqlar verdik. Rəqib topla həddindən artıq yaxşı davranırdı. Bunu əvvəlcədən də görmüşdük, bilirdik. Bir daha şahid olduq ki, səviyyə fərqi var. Bu gün beş qol vurdularsa, bu, onların bacarığıdır, ustalığıdır. “Bayer” həddindən artıq yaxşı komandadır. Yaxşı komplektləşmiş heyətə malikdirlər. Heç bir xətdə ustalıq səviyyəsi aşağı olan futbolçu yox idi. Öz oyun sistemlərini çox yaxşı yerinə yetirirdilər. Bu, komandanın ciddiliyini göstərir”.

ETOPAZ

Əvvəlki yazı

Leverkuzendə altı qol

Növbəti yazı

Ən yaxşı adına 4 namizəd