Qurban Qurbanov: “Minimum vəzifəni yerinə yetirdik”

Qurban Qurbanov: “Minimum vəzifəni yerinə yetirdik”

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin VI turunda “Bazel”lə qarşılaşıb. Ağdam klubu bu matçda 0:3 hesabı ilə uduzub. Görüşdən sonra komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 49 yaşlı mütəxəssis oyun barədə fikirlərini açıqlayıb:

“Məğlubiyyətə baxmayaraq, futbolçularımı təbrik edirəm. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Bu gün qalib gəlməyi çox istəyirdik. Futbolçulara tapşırıq verilmişdi ki, heç bir halda geri çəkilməməliyik. Sonadək meydanda bunu gördüm. Xeyli sayda qol epizodları yaxaladıq. Heç olmasa, bunların bəzilərindən istifadə etmək lazımdır. Amma həyəcan, heç nədən buraxılan qol bizə mane oldu. Mənim əsas istəyim futbolçularımın matça köklənməsi idi. Bu gün onun da şahidi oldum. Oyunçularımın hər birini qucaqlayır, onlara gələcək görüşlərdə uğurlar arzu edirəm”.

e-Topaz

Əvvəlki yazı

“Qarabağ” qrup ikincisi oldu

Növbəti yazı

“Legiya” avrokuboklarla vidalaşdı