Qurban Qurbanov: “Konfrans Liqasının finalında oynamağı kim istəməz ki?”

Qurban Qurbanov: “Konfrans Liqasının finalında oynamağı kim istəməz ki?”

Sabah Konfrans Liqasında pley-off mərhələsinin cavab matçları keçiriləcək. Təmsilçimiz “Qarabağ” “Gent”in qonağı olacaq.

Oyundan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Oyuna ciddi hazırlaşırıq. Sabah növbəti mərhələyə vəsiqənin taleyi həll olunacaq. İlk matçdan sonra rəqibin gücünə daha yaxından bələd olduq. Çox möhkəm komandaya qarşı oynayacağıq. Futbolçularım matça hazırdırlar. Yaxşı oyun göstərmək istəyirik.

Marko Veşoviç son vaxtlar yaxşı formada idi. Onun zədələnməsinə çox üzüldüm. İkinci dəfədir, performansı yaxşılaşanda belə zədə alır. Futbolçularımın sağlam olması mənə əlavə güc verir. Bura gələn digər oyunçularımız nə etməli olduqlarını bilirlər. Bizim bir-birini əvəzləyə biləcək futbolçularımız var. Bu dəfə meydana çıxan futbolçulardan fərqli şeylər tələb edə bilərik.

Komanda hələ istədiyimiz dinamikada deyil. Amma oyundan oyuna irəliləyiş hiss edirəm. Futbolçulara hansı motivasiyanı verdiyimizi burada deyə bilməyəcəyəm. Bəziləri ilə dost kimi, bəziləri ilə müəllim kimi danışırıq. Futbolçularıma güvənirəm, inanıram. Çünki, mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar. Bəzən onlarda texniki cəhətdən nəsə alınaya bilər. Amma ümumən məsuliyyətli yanaşmaları məni də belə oyunlardan əvvəl rahatlaşdırır.

Konfrans Liqasının finalında oynamağı kim istəməz ki? Amma real baxmaq lazımdır. Kənardan fikir bildirməkdən asan heç nə yoxdur. Futbolçularım illərdir, nə əziyyətlərdən keçib buralara gəlib çıxıblar. Bu cür fikirlərə futbolçularımız da üzülür. Sanki, qarşımızdakı rəqib kiçildilir”.

e-Topaz

Əvvəlki yazı

Pike qovuldu

Növbəti yazı

Ramil Şeydayev: “Bakıdakından fərqli matç olacaq”