Qurban Qurbanov: “Futbolçularımız sona kimi mübarizə apardılar”
Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçirilən “Napoli” (İtaliya) – “Qarabağ” matçının (2:0) ardından baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Komandamızın oyunundan razı qaldım. Məğlub olmağımıza baxmayaraq, futbolçularımız çəkinmədilər, sona kimi mübarizə apardılar və cəsarətli oyun göstərdilər. Qarşımızda keyfiyyətli futbolçuları olan komanda var idi. Belə rəqiblə sona kimi vuruşduq. Belə də davam etməliyik. Bu turnirdə keçirdiyimiz hər oyundan həzz almalı və böyümək üçün inamlı çıxış etməliyik”.












