Qurban Qurbanov: “Futbolçularımın yanındayam”
Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub. “Qarabağ” “Olimpiakos”un qonağı olub – 0:3.
Matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Oyun sona qədər çox dinamik keçdi. Azarkeşlər də yaxşı atmosfer yaratmışdılar. Birinci hissədə hər şey qaydasında idi. Futbolçularımın yaxşı mübarizə aparmaları mənim üçün çox vacib idi. Bu gün bunu gördüm. Təəssüf ki, texniki səhvlər oldu və qapımızda 3 qol gördük. İstənilən halda futbolçularımın yanındayam. Növbəti avrokubok mövsümünə hazırlaşmaq üçün bu oyunlar böyük təcrübə oldu. Avropada futbol get-gedə dəyişir. Biz də növbəti mövsüm üçün böyük fayda əldə etdik”.