Qurban Qurbanov: “Futbolçularım sona qədər çox güc sərf etdilər”

Qurban Qurbanov: “Futbolçularım sona qədər çox güc sərf etdilər”

“Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçına çıxıb. Təmsilçimiz “Linkoln Red İmps”i qəbul edib – 4:0.

Oyundan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Futbolçularımı təbrik edirəm. Böyükhesablı qələbə olsa da, rəqib uduzmaq istəmirdi. Futbolçularım sona qədər çox güc sərf etdilər. Şükürlər olsun ki, yaxşı qələbə oldu. Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Gözəl atmosfer yaratmışdılar. Həmişə hər bir rəqibə ciddi yanaşırıq, hər rəqibin bizə yaşatdığı çətinliklər var. Hər zəif düşündüyümüz komanda bir cür müdafiə olunur. İstənilən rəqibə qarşı çox güc sərf edirik. “Linkoln”u məğlub etmək heç də asan olmadı, nə səfərdə, nə burada. “Rakuv”a qarşı oyunumuzda mütləq dəyişiklik olmalıdı. Çünki onlar başqa sistemdə oynayırlar, daha bərk komandadır. Bunları nəzərə alırıq”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” növbəti mərhələyə böyükhesablı qələbə ilə yüksəldi

Növbəti yazı

Çerçesov istefa verdi