Qurban Qurbanov: “Futbolçularım pley-offa yüksəlməyə layiq idilər”

Qurban Qurbanov: “Futbolçularım pley-offa yüksəlməyə layiq idilər”

Çempionlar Liqasının Liqa mərhələsinin sonuncu – VIII turu çərçivəsində keçirilən “Liverpul” (İngiltərə) – “Qarabağ” matçının (6:0) ardından baş məşqçi Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

“Təəssüf ki, belə məğlubiyyətlə üzləşdik. Buna baxmayaraq, pley-off mərhələsinə vəsiqə qazandıq. Futbolçularımı, xalqımızı təbrik edirəm. Liqa mərhələsində keçdiyimiz 8 oyunluq yola baxsaq, çox əziyyət çəkdik. Futbolçularım pley-offa yüksəlməyə layiq idilər. Getdikcə oyunlar çətinləşir, rəqiblər güclənir. Qarşıda bizi daha böyük matçlar gözləyir. Növbəti oyunlara daha yaxşı hazırlaşmağa çalışacağıq”.

ETOPAZ

Əvvəlki yazı

“Real” və PSJ pley-offa qaldı

Növbəti yazı

Duqlaz Luiz “Aston Villa”da