Qurban Qurbanov: “Deməli, bunun bizə faydası var”

Qurban Qurbanov: “Deməli, bunun bizə faydası var”

Avropa Liqasının Liqa mərhələsi davam edir. VII turda “Qarabağ” FKSB ilə qarşılaşıb – 2:3.

Matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bu il evdəki son oyunumuz oldu. Bütün oyunlarda bizlərlə olduz, təşəkkür edirəm. Azarkeşlərə də təşəkkür edirəm. Şanslarımız az qalsa da, inandılar, güvəndilər. Haqları da var idi. Çünki belə çox oyunumuz var, son dəqiqələrdə yaxşı nəticələr əldə etmişik. Oyuna gəldikdə, danışacaq çox şey yoxdur. Bəzən futbolun düşünmədiyin anları olur. Bu gün də onu gördük. Üç künc zərbəsi, üç qol. Sonuncu saniyələrdə dördüncü korneri vurdu. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Qalib gələ də bilərdik. Görünür hardasa yenə də səhvlərimiz var. Ümumən komandam çox əziyyət çəkdi. Bütün oyunlarda belə idi. Bu mövsüm ən uğursuz seriyamız oldu. Hansı ki, məğlub olmamalı oyunlarda uduzduq. Oyun baxımından… Deməli, bunun bizim üçün faydası var, hazır olmalıyıq”.

ETOPAZ

Əvvəlki yazı

“Fənərbaxça”dan qolsuz heç-heçə

Növbəti yazı

“Latsio”dan qələbə, “Mançester Yunayted” xal itirdi