Qurban Qurbanov: “Daim rəqibin üzərinə getməyə çalışdıq”
Çempionlar Liqasının II təsnifat mərhələsində “Sürix”lə qarşılaşan “Qarabağ” evdəki ilk oyunda 3:2 hesabı ilə qalib gəlib. Qarşılaşmadan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini açıqlayıb:
“Maraqlı oyun oldu, bol qollu, azarkeşlər üçün yaxşı mübarizə alındı. Futbola aid hər şeyi meydanda gördük. Futbolçularım çox əziyyət çəkdilər, çox istəkli idilər. Yaxşı komandaya qarşı çıxış etdik. İstənilən halda çəkinmədik, daim rəqibin üzərinə getməyə çalışdıq. Orada necə oynayacaqlarını bilmək olmaz. Əvvəlki oyunda 3 hücumçu ilə çıxmışdılarsa, bu dəfə daha çox 2 nəfərlə hücum edirdilər. Futbol belə elementlər üzərində qurulub. Oyunun anında hansısa epizodda diqqətsiz olsan rəqib cəzalandıra bilər. Önəmlisi odur ki, rəqibi detallı təhlil elədik”.