Qurban Qurbanov: “Ciddi rəqibə qarşı oynayacağıq”
Avropa Liqasında pley-off mərhələsinə start verilir. “Qarabağ” sabah “Braqa”nın qonağı olacaq.
Matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bizi çox vacib oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Hazırlığımız ümumən pis deyil. Sürətli, dinamik oyun göstərən komandaya qarşı oynayacağıq. İnanırıq ki, bu gözəl stadionda yaxşı oyun göstərəcəyik. İstəkliyik. Rəqibə dəyər veririk. İnanıram ki, futbolçularım yaxşı, keyfiyyətli futbol oynamağı bacaracaq. Avropada futbol sürətlə irəliləyir. Klubların inkişafı üçün böyük işlər görülür. “Braqa” illər boyu bu dinamikada, bu təzyiqdə oynayırlar. Bu cür komandalar üçün belə turnirlərdə oynamaq asandır, nəinki bizim üçün. Amma bizim də təcrübəmiz az deyil. Bu müqayisəni futbolçuların beyinlərinə salmaq istəyirik. Əksinə rəqibi daha yaxından tanıyıb əlimizə düşən fürsətlərdən maksimum istifadə etməyə çalışırıq. Bəzən düşündüklərimiz alınır, bəzən alınmır. Hər bir halda səviyyə fərqi çoxdur. Çalışacağıq ki, o müqayisələri düşünməyərək oyuna hazırlaşaq.