Qurban Qurbanov: “Bu, çox vacibdir”

Qurban Qurbanov: “Bu, çox vacibdir”

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda “Liverpul” “Qarabağ”ı qəbul edəcək.

Oyundan əvvəl ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Liqa mərhələsində son oyunumuza çıxacağıq, bu matça hazırlaşırıq. Çox möhtəşəm stadionda, möhtəşəm azarkeşləri, özünəxas oyunu olan bir komanda ilə qarşılaşacağıq. Daim bu komandada olan futbolçular həmişə istəkli olublar. Çox istəyirik ki, burada yaxşı oyun nümayiş etdirək, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram. Sabah ən yaxşı oyunlarını göstərməyə çalışacaqlarına inanıram. Sonadək yaxşı, intizamlı oyun göstərməyə çalışacağıq. Biz elə bir stadionda, elə bir komandaya qarşı oynayırıq ki, özümüzü sırf bu matça kökləməliyik. Rəqibi analiz etmişik. Onlar il ərzində bu səviyyədə ən azı 50-60 matç keçirirlər. İnanmıram ki, boşluqlar versinlər. Öz hazırlaşdığımız, düşündüyümüz kimi hücumlar qurmağa çalışacağıq. Topla intizamlı davranmaq çox vacibdir”.

ETOPAZ

Əvvəlki yazı

Arne Slot: “Qarabağ” asanlıqla məğlub ediləcək rəqib deyil”

Növbəti yazı

Marko Yankoviç: “Bu bizim üçün şərəfdir”