Qurban Qurbanov: “Böyük tarixi olan kluba qarşı oynayacağıq”

Qurban Qurbanov: “Böyük tarixi olan kluba qarşı oynayacağıq”

”Qarabağ” UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq. Təmsilçimiz “Çelsi” ilə qarşılaşacaq.

Oyundan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Maraqlı oyun olacaq. Böyük tarixi olan kluba qarşı oynayacağıq. Bu cür komandaların, futbolçuların Bakıya gəlməsi azarkeşlər üçün də əlavə stimuldur. Dəfələrlə qeyd etmişdim, belə matçlar ölkəmizdə futbol üçün əlavə stimuldur. Oyuna pis hazırlaşmamışıq. Yaxşı, mübariz futbol göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər oyundan zövq alacaq”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 05.11.2025

Növbəti yazı

Elvin Cəfərquliyev: “Oyunun mahiyyətini bilirik”