Qurban Qurbanov: “Bizim üçün böyük təcrübədir”

Qurban Qurbanov: “Bizim üçün böyük təcrübədir”

Sabah Avropa Liqasının Liqa mərhələsində “Qarabağ” ilk matçına çıxacaq. Təmsilçimiz “Tottenhem”lə qarşılaşacaq.

Matçdan öncə ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Oyuna hazırıq. Sabah səliqəli və intizamlı oynamağa çalışacağıq. Belə bir stadion və azarkeş qarşısında oynamaq bizim üçün böyük təcrübədir. Futbolçularımız böyük güc sərf edib, yaxşı oyun göstərməyə çalışacaqlar. “Tottenhem”lə 2015-ci ildə keçirdiyimiz oyun yadımdadır. Burada 1:3 hesabı ilə uduzmuşduq. O vaxt yaxşı komanda və güclü rəqibləri var idi. İndi vəziyyət dəyişib, daha dinamik və sürətli futbol nümayiş etdirilir. Yeni baş məşqçinin fərqli fəlsəfəsi var. Rəqib bəlkə də Premyer Liqanın ən sürətli pressinq edən komandalarından biridir”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 26.09.2024

Növbəti yazı

7-ci turun təyinatları açıqlandı