Qurban Qurbanov: “Belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır“

Qurban Qurbanov: “Belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır“

Avropa Liqasının Liqa mərhələsinin ilk turunun oyunları keçirilib. “Qarabağ” “Tottenhem”in qonağı olub – 0:3.

Matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bəlkə də, bu gün 0:3 hesabı ilə məğlub olmağa layiq deyildik. Çünki xeyli sayda qol şanslarımız oldu. Bu gün təcrübə və ustalıq qalib gəldi. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər. Rəqibin azlıqda qalması bizə bir az rahatlıq verdi. Bilirsiniz ki, dünyanın ən güclü çempionatı İngiltərədə keçirilir və “Tottenhem” də həmişə liderlər sırasında olub. Futbolçularımız bunu dərk edirdilər və istər-istəməz bir az həyəcan var idi. Mənə elə gəlir ki, bu amil mane oldu”.

Baş məşqçi matçdan əvvəl komandanın tıxacda qalmasının və stadiona gec çatmasının nəticəyə təsir etdiyini söyləyib: “İki saat yarım yol gəlmişik. Bu, istər-istəməz futbolçuların konsentrasiyasını pozdu. Ancaq bunu səbəb kimi göstərmək istəmirəm. Yenə də belə böyük turnirdə bu cür hallar yaşanmamalıdır. Stadiona çatdıqdan sonra deyildi ki, 40 dəqiqə sonra oyun başlamalıdır. Matça normal hazırlaşa bilmədik. Tıxacda qalmağımızın nəticəyə təsiri böyük oldu”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” səfərdən xalsız dönür