Qurban Qurbanov: “Azarkeşlərimizi yaxşı mübarizə ilə sevindirmək istəyirik”

Qurban Qurbanov: “Azarkeşlərimizi yaxşı mübarizə ilə sevindirmək istəyirik”

Çempionlar Liqasının pley-off mərhələsinə start verilir. Təmsilçimiz “Qarabağ” Plzen “Viktoriya”sını qonaq edəcək.

Oyundan əvvəl ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 50 yaşlı mütəxəssis fikirlərini bölüşüb:

“Viktoriya” digərlərindən tam fərqlənir. Çexiya futbolu həmişə oyun nizam-intizamına görə digərlərindən fərqlənib. Oyunlarına baxırıq. Verilən tapşırıqları sevə-sevə yerinə yetirirlər. Atletik futbola üstünlük verirlər. İstənilən halda bu cür komandalara qarşı oynamışıq. Qrupa düşmək üçün son rəqibdir. Fərqli oyunlar keçirdik, fərqli rəqiblərə qarşı çıxış etdik. Böyük ehtimalla bu görüşdə daha çox güc sərf eləməli olacağıq. Həm Bakıda, həm də səfərdə futbolçularım çox dözümlü olmalıdır. Son sınaqdan faydalanmağa çalışacağıq. Ən azı azarkeşlərimizi yaxşı oyunla, mübarizə ilə sevindirmək istəyirik. Hiss olunur ki, matça maraq böyükdür. Oyunumuzla azarkeşlərin inamını doğrultmağa çalışacağıq. İnanıram ki, onları razı sala biləcəyik”.

ETOPAZ

Əvvəlki yazı

“İnter”dən “Çelsi”yə

Növbəti yazı

Qara Qarayev: “Tarixi nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik”