Qurban Qurbanov 199-cu pillədə
Dünyanın ən yaxşı 500 baş məşqçinin siyahısı açıqlanıb. Cədvəldə yeganə Azərbaycan təmsilçisi Qurban Qurbanovdur.
“Qarabağ”ın baş məşqçisi son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə 199-cu pillədə qərarlaşıb. 51 yaşlı mütəxəssisin hesabında 1595 xal var. Qurbanov ötən siyahı ilə müqayisədə sıçrayışa nail olub. O, cədvəldə 5 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir.