Quliyev “Neftçi”nin prezidenti vəzifəsindən azad edildi
Kamran Quliyev “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) prezidenti vəzifəsindən azad edilib. Bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Kamran Quliyev 2018-ci ildən kluba rəhbərlik edib. Onun rəhbərliyi dövründə “Neftçi” ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.