“Quba”dan növbəti qələbə

“Quba”dan növbəti qələbə

Bu gün Azərbaycan Basketbol Liqasında V tura start verilib. İlk oyun günündə 1 qarşılaşma keçirilib.

B qrupunun liderlərindən olan “Ordu” “Quba”nı qonaq edib. Ev sahibləri qalib gələcəyi halda müvəqqəti də olsa liderliyə yüksələ bilərdilər. Amma qubalılar fərqli qalib gələrək mövsemdə ikinci dəfə 2 xal qazanıblar.

Qeyd edək ki, turun daha 2 matçı sabah keçiriləcək. NTD “Sərhədçi”ni, “Neftçi” Abşeron”u sınağa çəkəcək. Dekabrın 6-da “Naxçıvan” “Sabah”la üz-üzə gələcək. 1 gün sonra “Sumqayıt” “Gəncə”ni sınağa çəkəcək. Tura dekabrın 8-də “Şəki” – “Lənkəran” matçı ilə yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
V tur

B qrupu
3 dekabr

19:00. “Ordu” – “Quba” – 75:101 (21:21, 21:22, 10:32, 23:26)

ETOPAZ

Əvvəlki yazı

“Əl Hilal”dan Neymar qərarı

Növbəti yazı

Alonso rekordun bir addımlığında