Qubada qollu bərabərlik
Azərbaycan Premyer Liqasında XV tur davam edir. Üçüncü oyun gününə Qubada start verilib.
“İmişli” “Karvan-Yevlax”ı qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıb. Dioqo Almeyda fərqlənib. Lakin qonaqlar bərabərlik topunu vurmağı bacarıb. Vadim Abdullayev komandasına bir xal qazandırıb – 1:1.
Qeyd edək ki, tura “Neftçi” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.













