Qubada məhsuldar bərabərlik

Qubada məhsuldar bərabərlik

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. XVII turun ilk matçı Qubada baş tutub.

“İmişli” “Araz-Naxçıvan”ı qəbul edib. Hesabı meydan sahibləri açıb. Juninyo fərqlənib. Çox keçmədən Şarl Boli hesabı bərabərləşdirib.

İkinci hissənin sonları dramatik alınıb. Dioqo Almeyda komandasını önə çıxarıb. Lakin əlavə vaxtda Ramon Maçadonun qolu qonaqlara 1 xal qazandırıb – 2:2.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

AFFA-dan yeniliklər

Növbəti yazı

“Lənkəran” səfərdə məğlub oldu