Qross “Borussiya” yolunda
“Brayton”da ayrılıq baş verə bilər. Paskal Qross komandanı tərk etmək üzrədir.
O, “Borussiya”ya keçməyə yaxındır. Tərəflər 33 yaşlı oyunçunun transferi ilə bağlı razılığa gəliblər. Bu transfer üçün Dortmund təmsilçisi 7 milyon avro ödəyəcək. Təcrübəli oyunçu ilə yaxında 2026-cı ilə qədər müqavilənin imzalanması gözlənilir.