Qrizmanndan yeni rekord

Qrizmanndan yeni rekord

“Atletiko”nun hücumçusu Antuan Qrizmann baş məşqçi Dieqo Simeonenin rəhbərliyi altında La Liqada 138-ci qolunu vurub. Hücumçu XII turda “Levante” üzərində 3-1 hesablı qələbə qazandıqları oyunda rəqibin qapısına iki qol vurub.

O, bununla Xosep Qvardiolanın rəhbərliyi altında “Barselona”da 137 qol vuran argentinalı hücumçu Lionel Messinin rekordunu qırıb.

Futbolçunun “Atletiko” ilə müqaviləsi 2027-ci ilə qədərdir. O, bu mövsüm 19 oyun keçirib və altı qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Cokoviç “101”ə çatdı

Növbəti yazı

Azərbaycan millisinin heyəti açıqlandı