Qrizmanndan rekord

Qrizmanndan rekord

Çempionlar Liqasının Liqa mərhələsinin son oyununda “Atletiko” səfərdə Avstriyanın “Zalsburq” klubunu 4:1 hesabı ilə məğlub edib.

Madridlilərin hücumçusu Antuan Qrizmann bu matçda dublla yadda qalıb. Bu nəticədən sonra fransalı hücumçu klub tarixinə düşüb. Qrizmann klub tarixində UEFA Çempionlar Liqasında 50-dən çox qola töhfə verən ilk futbolçu olub.

Futbolçu Madrid klubu ilə Çempionlar Liqasında 81 matça çıxıb, 38 qol vurub, 13 asist edib. 

33 yaşlı fransız “Atletiko” ilə 2026-cı ilin iyun ayının sonuna qədər müqavilə bağlayıb. Təcrübəli hücumçunun transfer dəyəri 22 milyon avro olaraq qiymətləndirilir.

ETOPAZ

Əvvəlki yazı

Cerrard postunu tərk etdi

Növbəti yazı

“Zirə” – “Qarabağ” oyununun hakimləri açıqlandı