Qrizmanndan 50 ilin rekordu

Qrizmanndan 50 ilin rekordu

DÇ-2022-də 1/4 final mərhələsinin sonuncu oyunu keçirilir. İngiltərə və Fransa milliləri arasında matçda birinci hissə başa çatıb.

Son dünya çempionu fasiləyə üstün yollanıb. Orelyen Tçuameni ilk 45 dəqiqədəki yeganə qolu vurub – 1:0.

O, Antuan Qrizmannın ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Bu, Antuanın yığmada 27-ci assistidir.

Qrizmann Fransa millisinin son 50 ildəki ən yaxşı çox assist edən oyunçusudur. O, 26 məhsuldar ötürmə verən Zinəddin Zidanla Tyerri Anrini keçib.

e-Topaz

Əvvəlki yazı

Ronaldo dünya rekordunu təkrarladı

Növbəti yazı

Keyn Runiyə çatdı