Qrizmann üçün yubiley
La Liqanın 24-cü turunun oyunları keçirilir. “Atletiko” “Sevilya”nı 6:1 hesabı ilə darmadağın edib.
“Matroslar”ın qollarından birini Antuan Qrizmann vurub. Fransalı futbolçu üçün bu, madridlilərin heyətində 150-ci top olub. O, “Atletiko”nun ikinci bombardiridir. Rekord Luis Araqonesə məxsusdur – 154.