Qrizmann rekorda imza atdı
“Atletiko”nun hücumçusu Antuan Qrizmann daha bir uğura imza atıb. Fransalı futbolçu İspaniya Superkubokunun yarımfinalında “Real”la görüşdə (3:5) fərqlənib.
Beləliklə, 32 yaşlı hücumçu Madrid klubundakı qollarının sayını 174-ə çatdırıb. O, 1974-cü ildən bu yana 173 qol rekordu ilə zivədə yer alan Luis Araqonesi geridə qoyub.