Qrizmann qərar verməyə tələsmir
Antuan Qrizmannın karyerası ilə bağlı gələcəyinə yazda aydınlıq gələcək. Fransalı hücumçunun “Atletiko” ilə indiki müqaviləsi 2026-cı ilin yayında bitəcək.
MLS-ə getmək istəyində olan Antuan yekun qərar vermək üçün tələsmir. O, bu barədə klub rəhbərliyi ilə də danışıb. Qrizmann növbəti mövsüm harada keçirəcəyini martda müəyyənləşdirəcək.
Qeyd edək ki, cari mövsümün 25 matçına çıxan hücumçu 11 qol və 6 assist müəllifidir.